Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib - FOTO

Xəbərlər
21 May 2024 18:11
189
Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, paylaşımda deyilir:

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!"

İdman.biz