Balabəy Ağayev: “Medalsız geri dönməyəcəm”

Xəbərlər
19 Aprel 2024 14:19
Balabəy Ağayev: “Medalsız geri dönməyəcəm”

“Avropa çempionatına tam şəkildə hazıram”.

Bunu İdman.bizə Azərbaycan millisinin cüdoçusu Balabəy Ağayev (60 kq) deyib.

O bildirib ki, Zaqrebdə keçiriləcək Avropa çempionatına yüksək nəticə göstərəcəyinə inanır: “Medalsız Vətənə geri dönməyəcəm. Düşünürəm ki, bu dəfəki inancımda yanılmaram. Böyük ümidlərlə bu yarışa yollanacam. Yaxşı nəticə əldə etmək üçün bütün gücümü səfərbər edəcəm. Qızıl medal bu dəfə mənə də qismət olar. Hər bir idmançının arzusu Olimpiya çempionu olmaqdır. Mənim də bu yarışdan sonra istəyim Olimpiya Oyunlarıdır”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: