Kəmər dərəcələri üzrə imtahanlar keçirilib - FOTO

Xəbərlər
17 Mart 2024 13:37
116
Kəmər dərəcələri üzrə imtahanlar keçirilib - FOTO

Martın 16-da cüdo üzrə uşaqlar üçün Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cüdo kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

İdman.biz xəbər verir ki, 250-dən çox cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

İmtahandan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikatlar təqdim edilib. ACF-in idman direktoru Kamran Talıbov imtahanların gələcəkdə də təşkil olunacağını bildirib: “Bu gün Azərbaycan Cüdo Federasiyası sayca 4-cü imtahını keçirib. Bundan öncə Bakı, Gəncə və Sabirabad şəhərlərində kəmər dərəcələri üzrə imtahanlar təşkil olunub. Bundan sonra da il ərzində müxtəlif rayon və şəhərlərdə kəmər dərəcələri üzrə imtahanların keçirilməsi planlaşdırılır. Bu gün keçirilən imtahanda ümumilikdə 250-dən çox idmançı müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. Bu imtahanın əsas məqsədi uşaqların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bu fəndlər, gələcək yarış və turnirlərdə onlara çox kömək edəcək.”

Qeyd edək ki, kəmər imtahanlarının keçirilməsinin əsas məqsədi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

İdman.biz