Lints Qran-prisi: Camal 5-ci olub

Xəbərlər
10 Mart 2024 22:12
313
Lints Qran-prisi: Camal 5-ci olub

Avstriyanın Lints şəhərində cüdo üzrə Qran-pri başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin bir üzvü tatamı üzərinə çıxıb.

Kişilərin yarışında Camal Qamzatxanov (+100 kq) medallar uğrunda yarışıb.

Kişilər
+100 kq

Camal mübarizəyə 1/16 finaldan qoşulub. Cüdoçumuz ilk görüşdə Mustafa Fofananı (Qvineya) məğlub edib. Qamzatxanov 1/8 finalda fransalı Jozef Terhekə də qalib gəlib. İdmançımız növbəti mərhələdə gürcü Quram Tuşuşviliyə uduzaraq, yarımfinala yüksələ bilməyib. O, təsəlliverici görüşdə ukraynalı Yevgeniy Belenskidən güclü olub.

Camal bürünc uğrunda görüşdə alman Losseni Kone ilə güləşib. Məğlub olan cüdoçu turniri 5-ci pillədə başa vurub.

Qeyd edək ki, millimiz heyətində Rəşid Məmmədəliyev (73 kq) Qran-pridə gümüş medal qazanıb.

İdman.biz