Qran-pridə ilk rəqiblər bəlli olub

Xəbərlər
7 Mart 2024 18:58
112
Qran-pridə ilk rəqiblər bəlli olub

Sabah start götürəcək Avstriya Qran-Prisində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

İdman.biz xəbər verir ki, yığmamız turnirdə 4 çəki dərəsəsində 2 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq.

Rəşid Məmmədəliyev (73 kq) ilkin mərhələdə yerli idmançı Samuel Qassnerlə mübarizə aparacaq. Camal Qamzatxanov (+100 kq) isdə Mustafa Fofana (Qvineya) ilə yarışacaq.

Rəşid Məmmədəliyev (73 kq) - Samuel Qassner (Avstriya)
Camal Qamzatxanov (+100 kq) - Mustafa Fofana (Qvineya)
Gültac Məmmədəliyeva (52 kq) – Camila Silva (Kabo-Verde) – Yarden Raab (İsrail) cütünün qalibi
Aydan Vəliyeva (52 kq) – Rut Lavi (İsrail)
Aytac Qardaşxanlı (63 kq) – Antonetta Palumbo (İtaliya)

Qeyd edək ki, Lints şəhərində baş tutacaq Qran-Pri martın 10-da başa çatacaq.

İdman.biz