Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 12 medal - FOTO

Xəbərlər
3 Mart 2024 04:51
133
Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 12 medal - FOTO

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku start götürüb.

İdman.biz xəbər verir ki, turnirinin ilk gününündə Azərbaycan millisi 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.

Oğlanlar arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) birinci yeri tutublar. Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qalib adına yiyələniblər. Leyla Ələkbərova (44 kq) ilə Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, yarış 2 gün davam edəcək.

İdman.biz