Veteran cüdoçular Riqada 5 medal qazanıb - FOTO

Xəbərlər
27 Fevral 2024 20:53
144
Veteran cüdoçular Riqada 5 medal qazanıb - FOTO

Latviyanın paytaxtı Riqa şəhərində veteran cüdoçular arasında Avropa kuboku keçirilib.

İdman.biz xəbər verir ki, yığmamız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Komandanın heyətində İmran İmanov (M1, 100 kq) və Zaur Bağırov (M4, +100 kq) 1-ci, Nazim Əliyev (M7, 90 kq) 2-ci, Vüqar Əliyevlə (M2, 81 kq) Mahir Ağamirzəyev (M4, 90 kq) isə 3-cü yeri tutublar.

Qeyd edək ki, Azərbaycan yığması medal əyarına görə ümumi hesabda Avropa kubokunu 3-cü pillədə başa vurub.

İdman.biz

Məqalədə: