Bakıda keçiriləcək “Böyük Dəbilqə”də iştirakçı ölkələrin sayı 30-a çatıb

Xəbərlər
21 Yanvar 2024 10:42
132
Bakıda keçiriləcək “Böyük Dəbilqə”də iştirakçı ölkələrin sayı 30-a çatıb

Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirində beş qitənin hamısı təmsil olunacaq.

İdman.biz xəbər verir ki, Təşkilat Komitəsinə müraciət edən iştirakçı komandaların sayı 30-a çatıb.

Niderland 16 idmançı ilə yarışda çıxış edəcək ən böyük heyətə malikdir. İspaniya isə yarışa 11 cüdoçu ilə qatılacaq.

Kanada, Belçika, Dominikan Respublikası, Qabon, Böyük Britaniya, ABŞ, Bəhreyn və digər ölkələrin idmançıları “Böyük dəbilqə”də güclərini sınayacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” fevralın 16-18-də keçiriləcək.

İdman.biz