Azərbaycan cüdoçusu Əbil Yusubov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa Kubokunda uğurla çıxış edib.
İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız turnirin ilk günündə gümüş medal qazanıb.
Yusubov finala gedən yolda keçirdiyi beş görüşün hamısında qalib gəlib. Həlledici qarşılaşmada isə o, italiyalı Luço Tavolettaya məğlub olub və yarışı ikinci pillədə başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə Azərbaycan millisinin daha 15 üzvü tatamiyə çıxacaq.
