Cüdoçularımız Avropa çempionatından 10 medalla Vətənə qayıdıblar - FOTO

4 İyul 2026 14:02
98
Cüdoçularımız Avropa çempionatından 10 medalla Vətənə qayıdıblar - FOTO

İspaniyada keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında tarixi nəticəyə imza ataraq 10 medal qazanan Azərbaycan milli komandası Vətənə qayıdıb.

İdman.Biz xəbər verir ki, cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Xatırladaq ki, qitə birinciliyində Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadə (50 kq), Sadiq Məmmədov (73 kq), Ömər Axundov (90 kq) gümüş, İbrahim Talıbov (55 kq), Könül Eyvazlı (48 kq), İlkin Qarayev (66 kq), Ayxan Həsənli və Yaqub Məmmədov (hər ikisi 81 kq) isə bürünc medala sahib çıxıblar.

Yığmamız yekunda iki qızıl, üç gümüş və beş bürünc medalla ümumi komanda hesabında ikinci yeri tutub.

İdman.Biz