Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb

4 İyul 2026 20:56
68
Yaponiya millisi Bakı-2026 dünya çempionatı üçün heyətini açıqlayıb

4–11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Yaponiya millisinin heyəti müəyyənləşib.

İdman.Biz xəbər verir ki, cüdonun vətəni olan Yaponiya fərdi yarışlarda 18 cüdoçu (9 kişi və 9 qadın) ilə mübarizə aparacaq. Komanda həm kişilər, həm də qadınlar arasında bütün çəki dərəcələrində idmançı ilə təmsil olunacaq.

Yaponiya millisinin heyətində ikiqat Olimpiya çempionu və dördqat dünya çempionu Hifumi Abe (-66 kq), Olimpiya çempionu və beşqat dünya çempionu Uta Abe (-52 kq), Olimpiya çempionu Akira Sone (+78 kq), dünya çempionları Ryucu Naqayama (-60 kq), Takeşi Takeoka (-66 kq), Sanşiro Murao (-90 kq), Haruka Kaju (-63 kq) və Şiho Tanaka (-70 kq) yer alıb.

Yaponiya millisinin heyəti:

Kişilər

-60 kq – Ryucu Naqayama
-66 kq – Takeşi Takeoka, Hifumi Abe
-73 kq – Ryuqa Tanaka
-81 kq – Yuhey Oino
-90 kq – Sanşiro Murao, Qoki Tacima
-100 kq – Dota Arai
+100 kq – Kanta Nakano

Qadınlar

-48 kq – Vakana Koqa
-52 kq – Uta Abe
-57 kq – Akari Omori, Momo Tamaoki
-63 kq – Haruka Kaju
-70 kq – Şiho Tanaka
-78 kq – Kurena İkeda
+78 kq – Mao Arai, Akira Sone

Həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Yaponiya millisinin heyətində Yuta Nakamura (+90 kq), Şunsuke Uçimura (-73 kq) və Rin Maeda (-70 kq) yer alacaq.

İdman.Biz