Ən güclü gənc cüdoçular bəlli olub - FOTO

Xəbərlər
13 Yanvar 2024 23:24
155
Ən güclü gənc cüdoçular bəlli olub - FOTO

Yanvarın 13-ü Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 21 yaşa qədər gənc cüdoçular arasında Bakı birinciliyi keçirilib.

İdman.biz xəbər verir ki, Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər bəlli olub.

Yarışda Bakının 34 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 169 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Turnir müvafiq yaş qrupu üzrə Azərbaycan birinciliyinə seçim xarakteri daşıyır.

Qızlar
48 kq

1. Xumar Qasımzadə
2. Aliyə İsmayılzadə
3. Sədaqət Baxşıyeva

52 kq
1. Məryəm Əlizadə

57 kq
1. Gülnarə Bayramova
2. Almira Haciyeva

63 kq
1. Sevda Nəbiyev
2. Emilya Mirzəyeva

70 kq
1. Niqar Əlibəyli
2. Zəhra Əliyeva

Oğlanlar
55 kq

1. Mehdi Tağıyev
2. Əliqasım Əliyev
3. Ruslan Şöyübov
3. Nuran Məhərrəmli

60 kq
1. Elton İmranov
2. Faiz Həsənov
3. Aşur Əliyev
3. Nicat Süleymanlı

66 kq
1. Bəhram Qurbanlı
2. Nadir İmanov
3. Nihat Quliyev
3. Cabbar Hüseynov

73 kq
1. İbad Əmirov
2. Sahib Çərkəzli
3. Səid Rzayev
3. Taryel Şıxəliyev

81 kq
1. Məmməd Əzizbəyov
2. Sadiq Hüseynli
3. Roman Qarayev
3. Hüseyn Hüseynov

90 kq
1. Tuncay Şamil
2. Xəyyam Əliyev
3. Fərid Niyazov
3. Orxan Ahmed-zadə

100 kq
1. Nihad Şıxəlizadə
2. Akşın Məhərrəmov
3. Elşən Nəbiyev
3. Nihad Əhmədov

+100 kq
1. Eldar Əliyev
2. İlkin Baxşəliyev
3. Əli Mahmudov
3. Hüseyn Mirzəyev

İdman.biz