Rüstəm Alimli: “Cüdoçulardan Avropa Kubokunda daha çox medal gözləyirdik” - FOTO

2 İyun 2026 12:40
52
Rüstəm Alimli: “Cüdoçulardan Avropa Kubokunda daha çox medal gözləyirdik” - FOTO

“Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda beş medal qazanan Azərbaycan cüdoçularından gözləntilər daha böyük olub”.

Bunu gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli deyib.

Mütəxəssis komandanın turnirdəki çıxışını şərh edib.

“Avstriyanın Qrats şəhərində təşkil olunan Avropa Kubokunda komandamız əsas heyətlə çıxış etdi. iki qızıl və üç bürünc olmaqla, ümumilikdə beş medal qazandıq. Əlbəttə, cüdoçulardan daha çox medal gözləyirdik. Lakin turnir zamanı bəzi səhvlərə yol verildi və bəzi idmançılarımız medalsız qaldılar. Bakıya qayıtdıqdan sonra həmin səhvlərin üzərində işləyəcəyik. İnanıram ki, növbəti - Praqa şəhərində keçiriləcək Avropa Kubokunda komanda daha yaxşı çıxış edəcək”, - deyə o report.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, Avropa Kubokunu iki qızıl və üç bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi sıralamada isə üçüncü yeri tutub.

İdman.Biz
Məqalədə: