Cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının üçüncü turuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, yarışın son günü mayın 24-də Abşeron Olimpiya İdman Kompleksində keçirilib.
Turnirin son günündə 202 cüdoçu doqquz çəki dərəcəsində qüvvəsini sınayıb. Qızlar arasında -40 kq, 48 kq, 57 kq və 70 kq, oğlanlarda isə 42 kq, 50 kq, 60 kq, 73 kq və +73 kq çəkilərdə qalib və mükafatçılar bəlli olub.
Ümumilikdə yarışda 471 idmançı iştirak edib. Bu, cari ildə U-14 Liqa yarışının son turu olub.
Mükafatçıları təqdim edirik:
Qızlar
40 kq
1. Nərgiz Fərzəliyeva (RKİM)
2. Mehparə Həsrətzadə (Günəşli İK)
3. Zəhra Yusifova (Qubadlı)
3. Zümrüd Quliyeva (Neftçi Sumqayıt)
48 kq
1. Mələk Vəliyeva (Qədiroğlu İK)
2. Türkan Əlizadə (Judo Club 2012)
3. Humay Eyvazova (Şuşa UGİM)
3. Zəhra Şadmanlı (Boz OĞuz İK)
57 kq
1. Gülay Nəsirova (Mingəçevir UGİM)
2. Selcan Feyziyeva (Mərdəkan Cüdo Klub)
3. Yasəmən Əliyeva (Naxçıvan UGİM)
3. Jasmin Mirzəbalayeva (Sumqayıt şəhəri İOEUGİM)
70 kq
1. Elvina İlyasova (Neftçi İK)
2. Duyğu İsmayılova (İstək İK)
3. Mədinə Ruhullayeva (Hövsan İK)
Oğlanlar
42 kq
1. Rahib İbadov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
2. Hüseyn Səmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Rasim Abdullayev (Saray İK)
3. Davud Sultanov (Sərhədçi İM)
50 kq
1. Sənan Mirzəzadə (Arifoğlu İK)
2. Ülvi Məmmədli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Rəvan Gəncəliyev (AHİTA)
3. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
60 kq
1. Miran Həbiyev (Şuşa UGİM)
2. Muhammədəli Mustafa (Metallurq Gəncə)
3. Süleyman Məmmədov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Atilla Haqverdiyev (Metallurq Gəncə)
73 kq
1. Kərim Məmmədov (Ordu İdman Klubu)
2. Fərid Xəlilli (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM)
3. Qüdrət Əliyev (Abşeron İK)
3. Miryasin Seyidli (Judo Club 2020 İK)
+73 kq
1. Rəsul Qasımov (Kürdəxanı Cüdo Klub)
2. Yelmar Quliyev (Zabrat İK)
3. Salman Musayev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Yusif Məmmədli (Saray İK).
Qeyd edək ki, analoji turnirlər idmançıların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayır. Yarışlar həm perspektivli cüdoçuların müəyyənləşdirilməsi, həm də aşağı yaş qrupları üzrə hazırlıq prosesinin qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyır.
