Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar - FOTO

23 May 2026 14:16
151
Azərbaycan cüdoçuları İspaniyada beynəlxalq təlim-məşq toplanışında olublar

Cüdo üzrə Azərbaycan millisi İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutan hazırlıq prosesi 18-23 may tarixlərini əhatə edib.

Beynəlxalq təlim-məşq toplanışı iyunda Monqolustanda keçiriləcək "Böyük Dəbilqə" və Çindəki Qran-pri tunirlərinə hazırlıq məqsədi daşıyıb.

İdman.Biz
Məqalədə: