Rəşad Nəbiyev Avropa çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib

19 Aprel 2026 10:15
175
Rəşad Nəbiyev Avropa çempionatında bürünc medal qazanan cüdoçunu təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında bürünc medal qazanan Zelim Tçkayevi təbrik edib.

İdman.Biz xəbər verir ki, ACF prezidenti "X" sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.

"Cüdoçumuzu bu əlamətdar nailiyyət münasibətilə təbrik edir, sabah mübarizəyə qoşulacaq bütün idmançılarımıza uğurlar arzulayıram", - paylaşımda qeyd olunub.

İdman.Biz