Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında cüdo üzrə Liqa yarışının ikinci turuna start verilib. Aprelin 18-də baş tutan açılış günündə gənc cüdoçular tatami üzərində gərgin mübarizə nümayiş etdiriblər.
İdman.Biz xəbər verir ki, turun ilk yarış günündə ümumilikdə doqquz çəki dərəcəsi üzrə 291 idmançı qüvvəsini sınayıb. Cari ildə U-14 Liqa yarışının cəmi üç turdan ibarət olması planlaşdırılır ki, bu da hər bir qarşılaşmanın əhəmiyyətini daha da artırır.
Qeyd edək ki, bu turnirlər yeniyetmə cüdoçuların reytinq cədvəlinin formalaşmasında və gələcək seçimlərdə önəmli rol oynayacaq.
Medalçıları təqdim edirik:
Oğlanlar
38 kq
1. Bəxtiyar Cəbrayıllı (RKİM)
2. Mehdi Əlişov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Hacımurad Mustafazadə (Arifoğlu İK)
3. Yusif Hüseynov (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
46 kq
1. Əli Qurbanlı (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Hüseyn Xankişili (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Fəxrim Məhərrəmov (Judo Klub 2018)
3. Mikayıl Xələfov (RKİM)
55 kq
1. Bayram Məmmədli (RKİM)
2. Ayxan Allahverdiyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Əkbər Məmmədli (Safarov Judo Academi)
3. İzzət Musayev (Quba CİK)
66 kq
1. Vahid Xəlilov (Yevlax)
2. Əziz Babazadə (Mərdəkan Cüdo club)
3. Rəvan Mahmudov (Balakən OİK)
3. Uğur Oruczadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Qızlar
36 kq
1. Fatimə Allahverdiyeva (RKİM)
2. Gülay Ağayeva (AHİTA)
3. Aylin Hidayətzadə (Günəşli İK)
3. Əskinaz Verdiyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
44 kq
1. Ayla Məmmədli (AHİTA)
2. Zeynəb İsgəndərli (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
3. Aydan Şahbazova (Quba CİK)
3. Mələk Mirsultanova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
52 kq
1. Firəngiz Kamilova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Jasmin Qardaşova (Masallı)
3. Ruqayyə Hüseynova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Mədinə Şahsuvarlı (Şuşa UGİM)
63 kq
1. Ülkər Həsənli (Kürdəxanı Cüdo Klub)
2. Həlimə Yunisli (Sumqayıt OİK)
+70 kq
1. Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ
2. Aytac Rüstəmova (Goranboy OİK)
3. Zeynəb Mehti (Turan İK)
