“Əsas odur ki, yığmamız üçün medal qazandıq” - Zelim Tçkayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

18 Aprel 2026 18:00
152
“Əsas odur ki, yığmamız üçün medal qazandıq” - Zelim Tçkayevin İDMAN.BİZ-ə AÇIQLAMASI - VİDEO

Tbilisidə keçirilən cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Zelim Tçkayev (81 kq) turnirdəki çıxışını dəyərləndirib.

İdman.Biz-in Tbilisiyə ezam olunmuş əməkdaşına açıqlamasında cüdoçu nəticədən tam razı qalmasa da, medalın əhəmiyyətini vurğulayıb.

“Bu turnirdə məqsədim qalib gəlmək idi. Amma medal qazandıq və bu, özüm və yığmamız üçün ən önəmli məqamdır. Əlbəttə, daha yüksək nəticə istəyirdim”, - deyə Tçkayev bildirib.

Azərbaycan cüdoçusu yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşvili ilə qarşılaşmasına da toxunub:

“Bəli, yarımfinalda Qriqalaşviliyə uduzdum. Bu, həmin rəqibə ilk məğlubiyyətim deyil, amma burada psixoloji amil yoxdur. Üzərində işləyəcəyik. Səhvləri aradan qaldırmaq və növbəti dəfə onu məğlub etmək lazımdır”, - deyə idmançı qeyd edib.

Cüdoçumuz hakimlərin fəaliyyəti ilə bağlı fikir bildirməkdən imtina edib.

İdman.Biz
Məqalədə: