Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB + FOTO/VİDEO

18 Aprel 2026 16:13
1 204
Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib.

Bununla da Z.Tçkayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq) 1/8 finalda Szofi Ozbas (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiç (Serbiya) və Murad Fətiyev (90 kq) 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

14:40

Azərbaycanın cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinal görüşündə məğlub olub.

İdman.Biz xəbər verir ki, idmançı finala gedən yolda Tato Qriqalaşviliyə (Gürcüstan) uduzub.

Bununla da təmsilçimiz bürünc medal qazanmaq şansını əlində saxlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

13:13

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, idmançı 1/4 finalda Vasiliye Qrujiçiçə qalib gəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

Bu gün mübarizəyə qoşulan digər təmsilçilərimizdən Südabə Ağayeva (70 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) yarışı mükafatsız başa vurublar.

11:30

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, idmançı bu dəfə Böyük Britaniya təmsilçisi Kelli Petersendən üstün olub.

Beləliklə, S.Ağayeva 1/8 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

11:14

Azərbaycanın daha bir cüdoçusu Ömər Rəcəbli (81 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/16 finalda Abdul-Kerim Tasuyevlə (Rusiya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Ö.Rəcəbli 1/8 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

11:05

Azərbaycanın daha bir cüdoçusu Zelim Tçkayev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/16 finalda Nase Herkoviçlə (Sloveniya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Z.Tçkayev növbəti raunda yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdoçu ilə təmsil olunur.

10:48

Azərbaycan cüdoçusu Südabə Ağayeva (70 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, idmançı 1/32 finalda Maya Goşenlə (İsrail) üz-üzə gəlib.

Rəqibini məğlub edən S.Ağayevə növbəti raunda vəsiqə qazanıb.

Bu gün Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq) də tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Azərbaycan turnirdə 15 cüdo ilə təmsil olunur.

09:32

Bu gün Azərbaycanın daha dörd cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxacaqlar.

Avropa çempionatı
81 kq, 1/16 final

Zelim Tçkayev - Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli - Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə

90 kq, 1/16 final
Murad Fətiyev - Aleks Kret (Rumıniya)

70 kq, 1/32 final
Südabə Ağayeva - Maya Goşen (İsrail)

İdman.Biz