Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB + FOTO/VİDEO

17 Aprel 2026 17:09
1 317
Hidayət Heydərov cüdo üzrə Avropa çempionatında gümüş medal qazandı - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu Hidayət Heydərov finalda ev sahibi, olimpiya çempionu Laşa Şavdatuaşviliyə uduzub.

Bununla da o karyerasında ikinci dəfə qitə birinciliyinin gümüş medalına sahib çıxıb.

Təmsilimiz daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda Dayyan Boulemtafes (Fransa), yarımfinalda isə Bilal Çiloğlunu (Türkiyə) məğlub etmişdi.

Qeyd edək ki, ötən gün mübarizəyə qoşulan yeddi idmançıdan ikisi - Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıb.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

13:51

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu yarımfinalda türkiyəli Bilal Çiloğluya qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparas (Yunanıstan), 1/8 finalda Dardan Çenan (Kosovo), 1/4 finalda isə Dayyan Boulemtafesi (Fransa) məğlub etmişdi.

Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.

12:47

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son olimpiya çempionu 1/4 finalda Fransanı təmsil edən Dayyan Boulemtafesə qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan), 1/8 finalda isə Dardan Çenanı (Kosovo) məğlub etmişdi.

12:14

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu 1/8 finalda Dardan Çenaya (Kosovo) qalib gəlib.

O, daha əvvəl 1/16 finalda Konstantinos Tsaparası (Yunanıstan) məğlub etmişdi.

10:59

Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan olimpiya çempionu 1/16 finalda Konstantinos Tsaparasa (Yunanıstan) ipponla qalib gəlib.

09:28

Bu gün Azərbaycanın daha bir idmançısı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.

İdman.Biz xəbər verir ki, olimpiya çempionu Hidayət Heydərov (73 kq) tatamiyə çıxacaq.

O, 1/16 finalda Konstantinos Tsaparasla (Yunanıstan) qarşılaşacaq.

Heydərov bu gün Avropanın 5 qat çempionu ola bilər. O, daha əvvəl 2017, 2022, 2023 və 2024-cü illərdə qitə birinciliklərində qızıl medal qazanıb.

Qeyd edək ki, yarışın əvvəlki günündə tatamiyə çıxan yeddi azərbaycanlı cüdoçudan ikisi medal qazanmağı bacarıb. Belə ki, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) çıxışlarını bürünc medalla başa vurublar.

Avropa çempionatı aprelin 19-da başa çatacaq.

İdman.Biz