Abşeron Olimpiya Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının birinci turu davam edir. Turnirin aprelin 16-da keçirilən ikinci günündə daha beş çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib.
İdman.Biz xəbər verir ki, yarışın ikinci günündə 200 cüdoçu tatami üzərinə çıxıb. Gərgin keçən mübarizədə qızlar 44 kq, 57 kq və +70 kq, oğlanlar isə 55 kq və 73 kq çəki dərəcələrində qüvvələrini sınayıblar.
İkinci günün mükafatçılarını təqdim edirik:
Qızlar
44 kq
1. Ayan Həsənli (Judo Club 2012)
2. Ayan Muradova (Şəki OİK)
3. Məryəm Əhmədzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
3. Zəhra Rzazadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
57 kq
1. Sunay Məcidova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
2. Aysu Mədətli (Mingəçevir UGİM)
3. Aynur Süleymanova (Hövsan İK)
3. Esmira Bayramova (Xəzri İK)
70 kq
1. Dəniz Həbibli (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
2. Aysu Quliyeva (Judo Club 2012)
3. Rübabə Hüseynzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Oğlanlar
55 kq
1. Hüseyn Məmmədov (Sumqayıt şəhəri 2 nömrəli UGİŞM)
2. Aqil Nağıyev (RKİM)
3. Rəvan Abuşzadə (Neftçi Sumqayıt)
3. Nihad Bağırov (Qələbə İK)
73 kq
1. Familhüseyn Əlizadə (Sərhədçi İM)
2. Rauf Əsgərov (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
3. Nurəli İsmayılov (Gəncə şəhəri 1 nömrəli UGİŞM)
3. Ruslan Əsgərov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
Qeyd edək ki, aprelin 15-də start götürən birinci turda ümumilikdə 100-ə yaxın klub və idman cəmiyyətindən olan 799 idmançı iştirak edir. Üç gün davam edəcək bu yarışlar yeniyetmə cüdoçuların reytinq cədvəlinin formalaşmasında mühüm rol oynayacaq. Liqa yarışının cari ildə daha iki turunun keçirilməsi planlaşdırılır.
