Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında medal qazanan idmançıları təbrik edib. O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
İdman.Biz xəbər verir ki, federasiya rəhbəri qitə birinciliyinin ilk günlərində bürünc medala sahib çıxan Əhməd Yusifov (60 kq) və Turan Bayramovun (66 kq) uğurlarını yüksək qiymətləndirib.
Rəşad Nəbiyev paylaşımında bu sözləri qeyd edib:
“Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün idmançılarımıza uğurlar arzulayıram”.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Əhməd Yusifov (-60 kq) və Turan Bayramov (-66 kq) bürünc medal qazanıblar.
— Rashad Nabiyev (@RashadNNabiyev) April 16, 2026
Cüdoçularımızı bu əlamətdar nailiyyətlər münasibətilə təbrik edir, qarşıdakı günlərdə tatamiyə çıxacaq bütün… pic.twitter.com/MdBhZyWoy7
Xatırladaq ki, hər iki cüdoçumuz bürünc medal uğrunda həlledici görüşlərdə qalib gələrək fəxri kürsüyə yüksəliblər. Hazırda Tbilisidə davam edən çempionatda Azərbaycanın digər idmançıları da mübarizəni davam etdirirlər.
