Millimiz Avropa və dünya çempionatlarında fərqli heyətdə çıxış edə bilər

Xəbərlər
27 Dekabr 2023 16:38
209
Millimiz Avropa və dünya çempionatlarında fərqli heyətdə çıxış edə bilər

“Paris-2024 Yay Olimpiya Oyunları öncəsi yığmamızı 2 böyük yarış - Avropa və dünya çempionatları gözləyir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu milli komandanın Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıq strategiyasından danışarkən deyib.

O bildirib ki, bu yarışlarda bəzi cüdoçularımız Avropa, digərləri dünya çempionatında döyüşə bilər: "Amma hər şey millinin məşqçilərinin qərarlarından asılı olacaq”.

Baş katibin sözlərinə görə, kişi cüdoçular, demək olar ki, bütün çəkilərdə lisenziya qazanıb. Federasiya rəsmisi vurğulayıb ki, əsas hədəf cüdoçuların reytinqdə ilk “səkkizlik”də yer almasıdır: “Bu, idmançılarımızın Olimpiadada ilk görüşlərdə aşağı reytinqli rəqiblərlə qarşılaşmasına səbəb olacaq”.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: