Hidayət Heydərov Daşkənddə niyə tatamiyə çıxmadı? - Federasiyadan AÇIQLAMA

28 Fevral 2026 11:20
171
Hidayət Heydərov Daşkənddə niyə tatamiyə çıxmadı? - Federasiyadan AÇIQLAMA

Azərbaycanın olimpiya, dünya və 4 qat Avropa çempionu Hidayət Heydərovun Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə”də tatamiyə çıxmamasının səbəbi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bu barədə Cüdo federasiyası məlumat yayıb.

Bildirilib ki, 29 yaşlı idmançı yarışdan öncə çəkisini çıxış etməli olduğu 73 kq-a sala bilməyib.

Nəticədə o, çəkiölçmə mərasimindən keçə bilməyib və yarışı buraxmalı olub.

Federasiya daxili intizam qaydalarına uyğun olaraq, Hidayət Heydərov barədə müvafiq tədbir görüb.

Qeyd edək ki, Hidayət Heydərov 73 kq çəkidə ilk görüşünü hindistanlı Arun Kumara qarşı keçirməli idi.

İdman.Biz