“Böyük Dəbilqə” turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq

28 Fevral 2026 09:20
142
“Böyük Dəbilqə” turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq

Bu gün Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində Azərbaycanın dörd cüdoçusu tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilərin yarışında 73 kq çəki dərəcəsində 1/32 final mərhələsində Kamran Süleymanov yaponiyalı Şusuke Uçimura ilə üz-üzə gələcək. 81 kq-da isə 1/16 finalda Ömər Rəcəbli rumıniyalı Adrian Sulka ilə qarşılaşacaq.

Qadınların mübarizəsində 63 kq çəki dərəcəsində 1/16 finalda Fidan Əlizadə özbəkistanlı Sevinç İsokova ilə tatamiyə çıxacaq. 70 kq-da isə Südabə Ağayeva 1/16 final mərhələsində rusiyalı Kamila Badurova ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə” martın 1-də başa çatacaq.

İdman.Biz