Azərbaycan Cüdo Federasiyasında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO

1 Fevral 2026 17:01
102
Azərbaycan Cüdo Federasiyasında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə milli komandaların Təlim-Məşq Mərkəzində kəmər dərəcələri üzrə rəsmi imtahan baş tutub.

İdman.Biz xəbər verir ki, imtahanda 307 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki hazırlıq səviyyəsini nümayiş etdirib. Sınaqları uğurla başa vuran idmançılara müvafiq kəmərlər və sertifikatlar təqdim olunub.

Qeyd edək ki, kəmər imtahanları cüdoçuların texnikanı daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyasının artmasına xidmət edir. Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin rəsmi qiymətləndirilməsi baxımından mühüm göstərici olmaqla yanaşı, gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün əsas şərtlərdən biridir.

İdman.Biz