Qadın cüdomuzda yeni simalar - EKSKLÜZİV

Müsahibə
6 Yanvar 2026 12:51
157
Qadın cüdomuzda yeni simalar - EKSKLÜZİV

Qadınlardan ibarət Azərbaycan cüdo millisində heyət genişlənib.

İdman.Biz-in Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yaxın vaxtlarda komandada iki yeni idmançı 70 kq çəki dərəcəsində çıxış edən Alina Kuqayeva və +78 kq çəki dərəcəsində mübarizə aparan Mədinə Kaysinova debüt edəcək.

Federasiyadan bildirilib ki, bu addım seleksiya işinin nəticəsidir:

“Biz uzun müddət Rusiyada keçirilən müxtəlif turnirləri izləyərək cüdoçuları seçdik, onları Azərbaycana dəvət etdik, yığmalarımızın baş məşqçiləri ilə məsləhətləşdik və sonda seçimimizi Alina və Mədinənin üzərində saxladıq. Bu, ilk növbədə 70 kq çəki dərəcəsində rəqabəti artırmaq məqsədi daşıyır. İkincisi, İrina Kindzerskadan sonra super ağır çəkidə rəqabətədavamlı cüdoçumuz yox idi. Nəhayət, üçüncüsü, bu qərar yığmanın maraqları naminə, qarışıq komanda yarışlarında daha yaxşı nəticə göstərmək üçün verilib. Ümid edirik ki, bu cür güclənmədən sonra vəziyyət müsbət istiqamətdə dəyişəcək”.

Qeyd edək ki, 22 yaşlı Alina Kuqayeva son ölkə çempionatında üçüncü yeri tutub (çempion Südabə Ağayeva olub). 27 yaşlı Mədinə Kaysinova isə turnirdə ciddi çətinlik çəkmədən qalib gəlib. Hər iki idmançı milliyyətcə osetindir və Rusiya cüdo məktəbinin yetirmələridir.

İdman.Biz