Səid Mollai dünya reytinqdə üç pillə geriləyib

Xəbərlər
19 Dekabr 2023 18:16
396
Səid Mollai dünya reytinqdə üç pillə geriləyib

Beynəlxalq Cüdo Federasiyası Tokioda keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən, yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin idmançılarının da mövqelərində dəyişikliklər olub.

Səid Mollai (81 kq) üç pillə geriləyib və 9-cu yerdə qərarlaşıb. Murad Fətiyev (90 kq) isə əksinə, mövqeyini yaxşılaşdırıb. O, iki pillə irəliləyərək 16-cı olub.

Digər idmançılarımızın yerləri dəyişməyib. Hidayət Heydərovun (73 kq) liderlik etdiyi reytinq cədvəlində Zelim Kotsoev (100 kq) ikinci, Balabəy Ağayev (60 kq) beşinci, Yaşar Nəcəfov (66 kq) 9-cu, Uşanqi Kokauri (+100 kq) 14-cü pillədədir.

Qadınların arasında Leyla Əliyeva (48 kq) bir pillə irəliləyərək 21-ci, Gültac Məmmədəliyeva (52 kq) isə 13-cü yerdə mövqe tutub.

Zəki Feyzullayev
İdman.biz