Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin vaxtı dəyişdirilib

Xəbərlər
18 Dekabr 2023 14:02
168
Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinin vaxtı dəyişdirilib

Gələn il noyabrın 1-3-də Bakı keçirilməsi nəzərdə tutulan “Böyük Dəbilqə”nin vaxtı dəyişdirilib.

İdman.biz xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (BCF) qərar verib.

Paytaxtımızda “Dünya Cüdo Turu” seriyasına daxil olan nüfuzlu turnir 2024-cü il fevralın 16-18-də keçiriləcək. Yarış Milli Gimnastika Arenasında baş tutacaq.

Bu tarixlərdə daha öncə Tel-Əviv “Böyük Dəbilqə”sinin təşkili planlaşdırılırdığını qeyd edən Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, məlum hadisələrə görə təhlükəsizlik baxımından BCF bu turniri təxirə salıb. Ardınca isə ACF gələn ilin noyabrında keçirilməsi nəzərdə təklif edib: “Təklifimizə müsbət cavab verdikləri üçün BCF-ə təşəkkürümüzü bildiririk”.

O, həmçinin vurğulayıb ki, yarışın fevrala keçirilməsi burada toplanacaq xalların Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya reytinq xallarının toplanmasına imkan verəcək: “Yarış noyabrda olsaydı, Olimpiadadan sonra baş tutacağına görə iştirakçı sayı əhəmiyyətli dərəcədə azalacaqdı. Həmçinin, bu yarış zamanı ev sahibi kimi hər çəkidə 4 idmançı sifariş edə biləcəyimizdən, bu da Olimpiya Oyunlarına lisenziya xallarının qazanılması baxımından müəyyən üstünlük yaradacaq”.

İdman.biz

Məqalədə: