Azərbaycan cüdoçusu Avropada fəxri kürsüdə

Xəbərlər
16 Dekabr 2023 21:08
188
Azərbaycan cüdoçusu Avropada fəxri kürsüdə

Kosovanın paytaxtı Priştinada təşkil olunan cüdo üzrə Açıq Avropa çempionatı yekunlaşıb.

İdman.biz xəbər verir ki, Hidayət Heydərov (73 kq) turnirin bürünc medalını qazanıb.

Azərbaycanlı cüdoçu üçüncü yer uğrunda görüşdə gürcü rəqibi Laşe Şavdatuaşviliyə qalib gəlib. Son Avropa çempionatında qızıl qazanan Hidayət növbəti yarışı medalla başa vurub.

Qeyd edək ki, bu, cüdoçuların 2023-cü ildə con beynəlxalq yarışı olub.

İdman.biz