Qərb bölgəsi üzrə yeniyetmə cüdoçuların region birincilikləri keçiriləcək

Xəbərlər
5 Noyabr 2025 13:51
33
Qərb bölgəsi üzrə yeniyetmə cüdoçuların region birincilikləri keçiriləcək

Noyabrın 8-9-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarış Goranboy Olimpiya İdman Kompleksində təşkil ediləcək.

Turnirlərdə Gəncə, Goranboy, Naftalan, Qazax və Tovuz cüdoçuları mübarizə aparacaq. Yarışların keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, U-17 üzrə birincilik həmçinin milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

İdman.Biz