Azərbaycanın ən sərrast snayperi - FOTO

Xəbərlər
2 May 2025 10:17
240
Azərbaycanın ən sərrast snayperi - FOTO

Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən gənclər arasında güllə atıcılığı üzrə Azərbaycan birinciliyi davam edir.

İdman.biz xəbər verir ki, yarışın daha üç dəst medalı öz sahibini tapıb.

Qızlar kiçikçaplı tapançadan 25 m məsafəyə atəş açmaqda mübarizə aparıblar. Snayperlərin yarışında Sofiya Barxalova hamıdan sərrast olub. Əminə Ömərova ikinci yeri tutub. İlk “üçlüy”ü Xalidə Əliyeva qapayıb.

Pnevmatik tapançadan 10 m məsafəyə atəş açan qızların mübarizəsində də mükafatçılar bəlli olub. Sofiya Barxalova ikinci qızılını, Əminə Ömərova ikinci gümüşünü əldə edib. Röya Abdullayeva isə üçüncü yeri tutub.

Oğlanlar isə pnevmatik tapançadan 10 m məsafəyə atəş açıblar. Hacı Musayev hamıdan dəqiq olub. Oleq Kerankin 2-ci, İmran Qarayev 3-cü yeri tutub.

İdman.biz