Çövkən üzrə “Prezident Kuboku” keçiriləcək

Müsahibə
20 May 2024 12:36
174
Çövkən üzrə “Prezident Kuboku” keçiriləcək

Dekabrda Azərbaycanda çövkən idman növü üzrə “Prezident Kuboku” keçiriləcək.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev məlumat verib.

O bildirib ki, Peşəkar Çövkən Liqasından sonra bu yarış baş tutacaq: “Bütün çövkən yarışlarında yalnız DNA testindən keçirilmiş milli cins atlara yer veriləcək”.

Nəbiyev Paris-2024 Yay Olimpiya Oyunlarının atçılıq yarışında Azərbaycan çaparının olmayacağına da təəssüf edib: “Dresaj üzrə artıq Azərbaycan komandası var. Komandanın 2 üzvü Avropada təlim-məşq toplanışlarını davam etdirir. 2027-ci il bizim üçün vacib ildir. Xalların toplanması elan olunacaq və hər iki idman növü üzrə 2028-ci ildə Olimpiya oyunlarına lisenziya qazanılması üçün əlimizdən gələni edəcəyik”.

Banuçiçək Hüseynli
İdman.biz