Bakıda tarixi zəfər - “Elit polo club” turnirin qalibi oldu – YENİLƏNİB + FOTO

13 Sentyabr 2026 20:39
899
Bakıda tarixi zəfər - “Elit polo club” turnirin qalibi oldu – YENİLƏNİB + FOTO

Bakıda təşkil olunan “Sea Breeze-2026” beynəlxalq çimərlik polo turniri Azərbaycan komandası üçün uğurlu başa çatıb.

İdman.Biz xəbər verir ki, “Elit polo club” həlledici görüşdə İsveçrənin “Sankt-Moritz” komandasına 6:4 hesabı ilə qalib gəlib.

Üçüncü yer yer uğrunda qarşılaşmada isə Böyük Britaniyanın “Red Star” komandası Rusiyanın “Moscow polo club” kollektivini 9:5 hesabı ilə məğlub edib.

Yarışdan sonra iştirakçılar mükafatlandırılıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və federasiyanın baş katibi Elvin Məmmədxanov təqdim ediblər.

Turnirin çempionu olan Azərbaycanın “Elit polo club” komandası qızıl medallara sahib çıxıb. Finalda 4:6 hesabı ilə uduzan İsveçrənin “Sankt-Moritz” kollektivi gümüş, üçüncü yeri tutan Böyük Britaniyanın “Red Star” komandası isə bürünc medalla təltif olunub.

Dördüncü pillədə qərarlaşan Rusiyanın “Moscow polo club” komandasına iştirak medalları verilib.

Turnirin hakimləri də diqqətdən kənarda qalmayıb. Onlara “Doğru oyun” medalları təqdim olunub.

Mərasimin sonunda qalib “Elit polo club” komandası turnirin kubokuna sahib çıxıb.

Qeyd edək ki, bu yarış Azərbaycanda ilk dəfə təşkil olunub.

12:51

Çimərlik polosu üzrə Azərbaycanda ilk dəfə təşkil olunan “Sea Breeze 2026” beynəlxalq turnirinə bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, həlledici qarşılaşmada Azərbaycan təmsilçisi “Elit polo club” İsveçrənin “Sankt Mortiz” kollektivi ilə üz-üzə gələcək.

Üçüncü yer uğrunda oyunda isə Böyük Britaniyanın “Red Star” komandası Rusiyanın “Moscow polo club” klubu ilə qarşılaşacaq.

Günün oyunlarına saat 16:00-dan etibarən start veriləcək.

Qeyd edək ki, yarımfinal mərhələsində “Elit polo club” “Red Star”ı 9:7 hesabı ilə məğlub edib. Digər görüşdə isə “Sankt Mortiz” “Moscow polo club” üzərində 6:4 hesablı qələbə qazanaraq finala vəsiqə əldə edib.

Gənclər və naziri Fərid Qayıbov Azərbaycanda ilk dəfə keçirilən “Sea Breeze 2026” beynəlxalq çimərlik polo turnirinin mükafatlandırma mərasimində iştirak edib.

İdman.Biz