Bakıda “Zəfər Kuboku” uğrunda at yarışları keçiriləcək

1 Noyabr 2026 17:16
76
Bakıda “Zəfər Kuboku” uğrunda at yarışları keçiriləcək

Noyabrın 8-də Bakıda “Zəfər Kuboku” uğrunda yorğa qaçışları təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, yarış Binə Atçılıq Mərkəzində saat 09:30-da başlayacaq.

Tədbir çərçivəsində əvvəlcə təntənəli açılış mərasimi keçiriləcək. Ardınca atların paradı və konsert proqramı təşkil olunacaq.

Yarışda jokeylər 1200 metrdən 3200 metrədək müxtəlif məsafələrdə 14 kateqoriya üzrə qüvvələrini sınayacaqlar.

Mübarizənin yekununda fərqlənən iştirakçılar kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.

İdman.Biz