Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub.
İdman.Biz xəbər verir ki, mövsümün son yarışlarında beş Qarabağ və beş Dilbaz atı mübarizə aparıb.
Üç yaşlı Qarabağ atlarının 1600 metr məsafəyə yarışında Hilal Nəzərov “Semum” atı ilə qalib gəlib. O, məsafəni 1 dəqiqə 58,65 saniyəyə qət edib.
Mahmud Ağazadə “Asya” atı ilə 2 dəqiqə 06,00 saniyə nəticə göstərərək ikinci yeri tutub. Amina Hacıyeva isə “Yıldız” atı ilə 2 dəqiqə 06,68 saniyə nəticə ilə üçüncü olub.
Dörd yaşlı Dilbaz atlarının 2400 metr məsafəyə yarışında Rauf Tahirov “Lavin” atı ilə finiş xəttini birinci keçib. Onun nəticəsi 3 dəqiqə 14,00 saniyə olub.
Hilal Nəzərov “Tomris” atı ilə 3 dəqiqə 18,08 saniyə nəticə göstərərək ikinci pillədə qərarlaşıb. Rusif Abbasov isə “Savaş” atı ilə 3 dəqiqə 25,18 saniyə nəticə əldə edərək üçüncü yeri tutub.
