Həmyerlimiz beynəlxalq atçılıq turnirində qalib olub - FOTO

27 Noyabr 2026 15:18
30
Həmyerlimiz beynəlxalq atçılıq turnirində qalib olub - FOTO

Azərbaycanlı idmançı Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq atçılıq turnirinin qalibi olub.

İdman.Biz xəbər verir ki, həmyerlimiz “Vivat Rossiya” atçılıq mərkəzində təşkil olunan dressaj yarışlarında dörd cavan atla çıxış edib və bir neçə dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Azərbaycan Atçılıq Federasiyasının məlumatına görə, yarışın ilk günündə Əlibəyov 4 yaşlı atların mübarizəsində “Virakoça S” ilə 92 faiz nəticə göstərərək birinci, “Belle Fleur” ilə 84,4 faiz nəticə ilə üçüncü olub.

İdmançı 5 yaşlı atlarla yarışda da uğur qazanıb. “Roxuş” 83,6 faiz nəticə ilə birinci, “Dancing Rose” isə 82,2 faiz göstərici ilə ikinci yeri tutub.

Yarışın ikinci günündə də Əlibəyovun yetirmələrinin çıxışı yüksək qiymətləndirilib. “Virakoça S” 91 faiz nəticə ilə 4 yaşlı atlar arasında qalib gəlib, “Belle Fleur” isə 83,6 faizlə üçüncü olub. 5 yaşlı atların mübarizəsində “Dancing Rose” 83,4 faizlə ikinci, “Roxuş” isə 81,6 faizlə üçüncü yeri tutub.

Beləliklə, iki günün yekununda Aydın Əlibəyov həm fərdi yarışlarda, həm də cavan atlar arasında mütləq hesabda turnirin qalibi adını qazanıb.

İdman.Biz