Bakıda 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər Kuboku” uğrunda yorğa qaçışları keçirilir.
İdman.Biz xəbər verir ki, yarış Binə Atçılıq Mərkəzində təşkil olunub.
Tədbirin proqramına təntənəli açılış mərasimi, atların paradı və konsert proqramı daxildir.
Yarışda jokeylər 1200 metrdən 3200 metrədək müxtəlif məsafələrdə 14 kateqoriya üzrə qüvvələrini sınayacaqlar.
Mübarizənin yekununda fərqlənən iştirakçılar kubok, medal və diplomlarla mükafatlandırılacaqlar.
