Binədə konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

2 Noyabr 2026 11:32
88
Binədə konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində konkur üzrə Azərbaycan çempionatı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyası (ARAF) məlumat yayıb.

Bildirilib ki, qurumun təqvim planına əsasən təşkil olunacaq ilin son yarışında ölkənin ən güclü konkurçuları bir araya gələcəklər.

Bir gün davam edəcək turnirdə idmançılar 3 fərqli kateqoriya üzrə yarışacaqlar. Konkurçular 70-80, 100-115 və 125-130 santimetr hündürlüklü maneələri qüsursuz dəf etməyə çalışacaqlar.

Qaliblər kubok, medallar və diplomlarla mükafatlandırılacaqlar.

İdman.Biz