Avstraliyada yarış zamanı atdan yıxılan 22 yaşlı jokey vəfat edib

10 Noyabr 2026 19:22
45
Avstraliyada yarış zamanı atdan yıxılan 22 yaşlı jokey vəfat edib

Avstraliyada at yarışı zamanı ağır xəsarət alan 22 yaşlı jokey İzzi Nil xəstəxanada vəfat edib.

İdman.Biz xəbər verir ki, hadisə noyabrın səkkizində Uorren şəhərində keçirilən Kotton Kubokunda baş verib.

Nil 1600 metr məsafəyə yarışda 400 metrlik nişanın yaxınlığında atdan yıxılaraq başından xəsarət alıb. Hadisə yerində ilkin yardım göstərilən idmançı helikopterlə Dabbo xəstəxanasına çatdırılıb. O, vəfat edənədək kritik vəziyyətdə qalıb.

Jokeyin “Marnu” adlı atı isə ön ayağından aldığı zədə səbəbindən evtanaziya edilib.

Ailəsinin Racing NSW tərəfindən yayımlanan açıqlamasında Nilin orqanlarının bağışlanması sayəsində başqa insanlara yaşamaq şansı verəcəyi qeyd olunub:

“Bu ağır itki zamanı ailəmizə müəyyən təsəlli verir”.

İdman.Biz