Tailand şahzadəsi Sirivannavari Nariratana 2026-cı ildə keçirilən Asiya Oyunlarında atçılıq üzrə mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 39 yaşlı şahzadə bundan 20 il əvvəl, 2006-cı ildə keçirilən Asiya Oyunlarında badminton yarışlarında iştirak edib.
Sirivannavari bu dəfə atçılıq üzrə yarışacaq. Onun Asiya Oyunlarına vəsiqə qazanması isə maraqlı hadisə ilə yadda qalıb. Şahzadənin nəticəsi ilkin olaraq tələb olunan minimum göstəricidən 0,1 faiz aşağı olub. Daha sonra nəticə 61,9 faizdən 62 faizə dəyişdirilib. Bunun hakim protokolundakı texniki səhvlə bağlı olduğu bildirilib.
Sirivannavari Nariratana idmandan əlavə moda sahəsinə də maraq göstərir. O, bu istiqamətdə təhsil alıb və Tailand nümayəndə heyətinin yarış geyimlərinin dizaynında iştirak edib.
Şahzadə sentyabrın 25-də atçılıq yarışında mübarizə aparacaq.
