“Polad” çempionluq yolunda vacib üç xal itirdi - FOTO

26 Sentyabr 2026 20:49
109
“Polad” çempionluq yolunda vacib üç xal itirdi

Peşəkar Çövkən Liqasının 13-cü turunda “Polad” gözlənilmədən “Zəfər”ə məğlub olub.

İdman.Biz xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Zəfər” ilk hissədə iki qol vuraraq üstünlük əldə edib. “Polad” fasiləyədək qollardan birinin əvəzini çıxıb. İkinci hissədə isə daha bir dəfə fərqlənərək hesabı bərabərləşdirib. Lakin bundan artığına gücü çatmayıb. “Zəfər” sonadək əzmlə mübarizə apararaq 5:3 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra “Polad” liderdən səkkiz xal geri qalır.

Turun digər oyunlarında isə gözlənilməz nəticə qeydə alınmayıb. “Elite” “Şamaxı”nı, “Omar” isə “Atilla”nı 4:0 hesabı ilə məğlub edib. “Embawood” “Xəzər”ə 4:1, “Sərhədçi” isə “Buta Golden”ə 3:0 hesabı ilə qalib gəlib.

“Sərhədçi”nin üzvü Vahid Məmmədov 24 qolla bombardirlər siyahısına başçılıq edir. O, “Polad”ın yetirməsi Samir Pirimovu 6 top qabaqlayır.

İdman.Biz