“Sea breeze-2026” beynəlxalq çimərlik polosu turnirində həlledici oyunda “Elite polo club” komandası və İsveçrənin “Sankt Moritz” klubu qarşılaşacaqlar.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi bu uğura Böyük Britaniyanın “Red star” klubu üzərində 9-7 hesablı qələbə sayəsində nail olub.
Komandamızın kapitanı Elçin Camallı ilk oyunda olduğu kimi bu dəfə də məhsuldarlıq nümayiş etdirərək 6 qol vurub.
“Sankt Moritz” klubu isə finala çıxmaq yolunda Rusiyanın “Moscow polo club” kollektivinə 6-4 hesabı ilə qalib gəlib.
Sabah 3-cü yer uğrunda oyunda “Moscow polo club”un rəqibi Böyük Britaniyanın “Red star” klubu olacaq.
