III MDB Oyunları: Azərbaycan çövkən yığması YARIMFİNALDA - YENİLƏNİB

Xəbərlər
30 Sentyabr 2025 15:34
71
III MDB Oyunları: Azərbaycan çövkən yığması YARIMFİNALDA - YENİLƏNİB

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, A qrupunda yer alan milli komanda Küveytlə üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0. Bununla da millimiz qrupu birinci yerdə başa vuraraq, yarımfinala yüksəlib.

Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

13:00

III MDB Oyunları çərçivəsində çövkən üzrə növbəti matç keçirilib.

İdman.biz “Report”a istinadən xəbər verir ki, B qrupunda Türkiyə yığması Özbəkistanla qarşılaşıb.

Şəki şəhər stadionunda baş tutan görüş Asiya təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu gün Azərbaycan millisi də meydana çıxacaq. Komanda A qrupunda ikinci matçını Küveytə qarşı keçirəcək.

Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

İdman.biz