"Karolina Harrikeynz" 21 faizlə favoritdir

Xəbərlər
7 May 2025 18:59
28
"Karolina Harrikeynz" 21 faizlə favoritdir

Hokkey üzrə Stenli kuboku-2025-in favoritləri açıqlanıb.

İdman.biz xəbər verir ki, The Athletic-in ehtimallarına görə, "Karolina Harrikeynz"in turnirin qalibi olmaq şansları daha yüksəkdir.

Pley-offun ikinci mərhələsinə səfərdə "Vaşinqton Kepitalz"ı məğlub etməklə start verən karolinalıların imkanları 21 faizə bərabərdir. İkinci pillədə 16 faizlə "Toronto Meypl Lifs" qərarlaşıb. "Edmonton Oylerz"in şansı 15, "Dallas Starz"ın isə 14 faiz göstərilib.

Qeyd edək ki, 2024-cü ildə Stenli kubokunu "Florida Panterz" qazanıb. Onların bu mövsümdə qalib gəlmək ehtimalı 11 faizdir.

İdman.biz