Rusiya Hokkey Federasiyası CAS-a müraciət etdi

1 Sentyabr 2026 18:45
71
Rusiya Hokkey Federasiyası CAS-a müraciət etdi

Rusiya Hokkey Federasiyası (FHR) milli komandaların beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

İdman.Biz Rusiya mediasına istinadən xəbər verir ki, Beynəlxalq Buzüstü Hokkey Federasiyasının (IIHF) Şurası iyulun 27-də Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb. Bu qərar IIHF-nin İntizam Şurasının may ayında Rusiya komandalarının yarışlardan kənarlaşdırılmasının uzadılması ilə bağlı əvvəlki qərarı ləğv etməsinə baxmayaraq qəbul olunub.

FHR əvvəlcə IIHF-nin İntizam Şurasına iyul qərarları ilə bağlı şikayət göndərib. Daha sonra tərəflər CAS-a müraciət üçün zəruri şərtlər barədə razılığa gəldikdən sonra Rusiya federasiyası avqustun 31-də şikayətin tam mətnini birbaşa CAS-a təqdim edib.

Razılaşmaya əsasən, iş üzrə dinləmə 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcək. Qərarın nəticə hissəsinin isə dinləmədən qısa müddət sonra açıqlanması gözlənilir.

FHR-in açıqlamasında bildirilib ki, CAS Rusiya komandalarının dünya çempionatlarında iştirakına icazə verilməsi barədə qərar qəbul edərsə, bu qərar IIHF üçün məcburi olacaq.

Qeyd edək ki, daha əvvəl Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi beynəlxalq federasiyalara Rusiya idmançılarına tətbiq olunan məhdudiyyətlərlə bağlı tövsiyələri ləğv edib.

İdman.Biz