İsveç millisinin heyətində 1953-cü ildə hokkey üzrə dünya çempionu olan Hans Tvillinq 98 yaşında vəfat edib.
İdman.Biz xəbər verir ki, bu barədə Tvillinqin çıxış etdiyi İsveçin “Yurqorden” futbol klubunun mətbuat xidməti məlumat yayıb.
“Hətta aktiv karyerasını bitirdikdən sonra da o, komandanın həm futbol, həm də hokkeydəki uğurlarını izləməyə davam edirdi. Biz düşüncələrimizdə Hansın ailəsi ilə birlikdəyik və onu ən böyüklərdən biri kimi əbədi olaraq yaddaşımızda saxlayacağıq”, – klubun bəyanatında deyilir.
İsveç hokkey millisinin heyətində Tvillinq Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Dünya çempionatlarında isə qızıl, gümüş və bürünc medallara layiq görülüb. O, həmçinin üçqat Avropa çempionu olub.
Tvillinq İsveçin “Yurqorden” klubunda həm futbolda, həm də hokkeydə çıxış edib. 1955-ci ildə klubun heyətində hər iki idman növündə ölkə çempionu olub.
