“Vaşinqton Kepitalz”ın rusiyalı hokkeyçisi Aleksandr Oveçkin qarşıdakı mövsümün NHL-də onun üçün sonuncu olub-olmayacağına hələ qərar vermədiyini bildirib.
İdman.Biz xəbər verir ki, onun sözlərini “The Hockey News” jurnalisti Semmi Silber “X” sosial şəbəkəsində sitat gətirib.
“Mən heyətə düşməliyəm”, – deyə Oveçkin bildirib.
Cümə axşamı Oveçkinin 41 yaşı tamam olub. İyul ayında o, klubla müqaviləsini daha bir mövsüm uzadıb. Bu müddət ərzində hücumçu 9 milyon dollar qazana biləcək.
Oveçkinə pley-off oyunları nəzərə alınmaqla NHL karyerasında vurduğu qolların sayına görə Ueyn Qretzkinin rekordunu (1016) təkrarlamaq üçün 10 qol qalır.
Hücumçu 2005-ci ildən “Kepitalz”da çıxış edir. O, 2018-ci ildə komanda ilə Stenli Kubokunu qazanıb.
