Rusiyalı hokkeyçinin atası ayının hücumu nəticəsində həyatını itirib

24 Sentyabr 2026 16:45
175
Rusiyalı hokkeyçinin atası ayının hücumu nəticəsində həyatını itirib

Milli Hokkey Liqasında (NHL) “Pittsburq”un formasını geyinən rusiyalı hokkeyçi Andrey Kuzmenkonun atası Aleksandr Kuzmenko ayının hücumundan sonra aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

İdman.Biz xəbər verir ki, 62 yaşlı Aleksandr Kuzmenko Bolşoy Yenisey çayı ilə səyahət edən turistlər qrupunun tərkibində olub.

Qrup ucqar tayqada çayın sahilində düşərgə salıb. Gün ərzində insanlara ayı hücum edib və yırtıcı Aleksandr Kuzmenkonun üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, helikopterlə Kızıl şəhərinə aparılıb, lakin reanimasiya şöbəsində dünyasını dəyişib.

Kuzmenko uzun illər hokkeyçilərin hazırlanması ilə məşğul olub. Onun yetirmələri arasında oğlu Andrey Kuzmenko, NHL-də çıxış edən hokkeyçilər Nikita Korostelyov, Daniil Qriqoryev kimi hokkeyçilər var.

İdman.Biz