NHL tarixində ilk

Xəbərlər
4 May 2024 20:31
114
NHL tarixində ilk

“Toronto Meypl Lifs” və “Boston Brünz” pley-offda 4-cü dəfə qalibi sonuncu oyunda müəyənləşdirəcək.

İdman.biz xəbər verir ki, bu, NHL tarixində bir ilkdir.

Komandalar Stenli kubokunda son 11 ildə 4-cü dəfə üz-üzə gəliblər. Bundan əvvəl hər dəfə seriyanın qalibi 7-ci matçda müəyyənləşib və “Boston” hokkeyçiləri güclü olublar. “Toronto”nun yeganə qələbəsi 1959-cu ildə məhz sonuncu görüşdə qeydə alınıb.

Qeyd edək ki, seriyanın qalibi sabah keçiriləcək son oyunda müəyyənləşəcək.

İdman.biz